Baş Prokurorluq Ağdamda regional konfrans keçirir
sizinxeber.az xəbər saytı

Baş Prokurorluq Ağdamda regional konfrans keçirir


"Konstitusiya və Suverenlik İli” çərçivəsində Baş Prokurorluq tərəfindən işğaldan azad olunmuş Ağdamda regional konfrans təşkil olunub.

APA-nın Qarabağ bürosu xəbər verir ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması münasibətilə ölkə üzrə prokurorluq orqanları tərəfindən silsilə tədbirlərin davamı olaraq, bu gün işğaldan azad olunmuş Ağdam şəhərində yerləşən “Aghdam City Hotel”də Baş Prokurorluğun təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik: Hüquqi Dövlətin Təməli” mövzusunda regional konfrans keçirilir.

Konfransda 10-a yaxın regionun prokurorluq orqanlarının media ilə işləməyə məsul əməkdaşları, dövlət və qeyri-hökumət təşkilatları, media qurumları, təhsil müəssisələri və hüquq-mühafizə orqanlarının nümayəndələri iştirak edirlər.

Tədbirdən öncə konfrans iştirakçıları Ümummilli lider Heydər Əliyevin Ağdam şəhərində ucaldılmış abidəsini ziyarət ediblər.

Konfransda Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynov, Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov və digər rəsmilər iştirak edir.

Oxşar xəbərlər

“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş hərbi təlimlər keçiriləcək
Xankəndidə “Heydər Əliyev və Suveren Azərbaycan” mövzusunda konfrans keçirilir
Abşeron prokurorluğunda “Açıq qapı günü” keçirilib
“Milli Suverenlik və Hüquqi Təminatlar: Prokurorluğun Rolu” mövzusunda seminar keçirilib
“Konstitusiya və Suverenlik İli” ilə əlaqədar prospekt, küçə, meydan və metro stansiyalarına yeni adlar veriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle