İlin sonuna qədər Ağdamın üç kəndinə köç baş tutacaq
sizinxeber.az xəbər saytı

İlin sonuna qədər Ağdamın üç kəndinə köç baş tutacaq


“Bütün işğaldan azad edilmiş ərazilərdə köç plana uyğun şəkildə həyata keçirilir”.

Bu sözləri Sizinxeber.az-ya açıqlamasında Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

O qeyd edib ki, həmçinin Ağdam, Xocavənd və Füzuli rayonlarında da köç prosesi davam etdirilir: “Bu ilin sonuna qədər Ağdam rayonunun üç kəndinə köç prosesi başlanılacaq. Söhbət Ağdamın Xıdırlı, Kəngərli və Sarıcalı kəndlərindən gedir. Bundan başqa, Ağdamın Qərvənd kəndində bərpa işləri aparılır. Ağdam şəhərinin ikinci məhəlləsində tikinti işləri başlanılıb. Bu məhəlləyə gələn ilin sentyabr-oktyabr aylarında köç nəzərdə tutulur”.

E.Hüseynov bildirib ki, Füzuli şəhərinin Dövlətyarlı və Pirəhmədli kəndlərinin torpaq işləri yekunlaşdırılıb, bu yaxınlarda evlərin tikintisi ilə bağlı layihələrə start veriləcək.

Oxşar xəbərlər

Prezidentin xüsusi nümayəndəsi: Azad edilmiş ərazilərdə torpaq islahatı ilə bağlı xüsusi işçi qrupu yaradılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ağdamın Xıdırlı kəndinə birinci mərhələdə 2951 nəfər köçürüləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ağdamın Baş Qərvənd kəndində "Ağıllı kənd"’ salınacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Füzulinin Pirəhmədli kəndində bərpa işlərinə başlanılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev Ağdamın Xıdırlı kəndində görülən bərpa işləri ilə tanış olub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər