Füzulidə Zəfər Günü ilə bağlı konsert keçirilib - FOTO
Füzuli şəhərində 8 Noyabr Zəfər Günü ilə bağlı konsert proqramı təşkil edilib.
APA-nın yerli bürosu xəbər verir ki, konsert tədbirində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəsi Emin Hüseynov, nümayəndəliyin əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları Füzuli şəhər sakinləri iştirak edib.
Öncə Dövlət Himni səsləndirilib və şəhidlərin xatirəsi sükutla anılıb. Çıxış edən Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəsi Emin Hüseynov qələbə münasibəti ilə hər kəsi təbrik edib. Qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun parlaq qələbəsi sayəsində azad edilən ərazilərdə həyat yenidən canlanıb və sakinlər öz doğma yurdlarına qovuşmağın sevincini yaşayıb. Diqqətə çatdırıb ki, suverenliyi və ərazi bütövlüyü bərpa olunan Azərbaycanın əzəli torpaqlarında şanlı bayrağımız dalğalanır və Azərbaycan regionda və dünyada söz sahibi olan dövlətdir. Tədbirin rəsmi hissəsi bitdikdən sonra konsert proqramı başlayıb. Kurmanqazi Uşaq Yaradıcılıq Mərkəzinin kollektivinin və Beynəlxalq Muğam Mərkəzinin solistlərinin çıxışları izlənilib. Vətənpərvər ruhda mahnılar səsləndirilib, rəqs nümunələri izlənilib. Konsert proqramı tədbir iştirakçılarında əsl Zəfər bayramı əhval-ruhiyyəsi yaradıb.
Oxşar xəbərlər
Füzulidə Zəfər Günü ilə bağlı rəsm sərgisi nümayiş olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şuşada əl işləri sərgisi açılıb, Ağdam, Füzuli və Xocavənddə ağacəkmə aksiyası təşkil edilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şuşada əl işləri sərgisi açılıb, Ağdam, Füzuli və Xocavənddə ağacəkmə aksiyası təşkil edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Füzuli Şəhəri Günü münasibətilə konsert təşkil olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Füzuli Şəhəri Günü münasibətilə konsert təşkil olunub - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












