Bahar Muradova qadınların su resurslarının idarəçiliyinə cəlb olunmasını təklif edib
Qadınların su resurslarının idarə edilməsinə cəlb olunması bu sahədə problemlərin həlli istiqamətində nəticələrə müsbət təsir edə bilər.
"Report" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova ADA Universitetində "Su və gender bərabərliyi" mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, dünya ölkələrində olduğu kimi, Azərbaycanda da təmiz su ilə bağlı problemlər var: "COP29 çərçivəsində qəbul olunan qərarlar bütün dünyada suya çıxışın olmasını əlçatan edəcək. Qadınların su resurslarına cəlb olunması, burada qərarların qəbuluna təsiri müsbət rol oynaya bilər. Bunun üçün onlar mütəxəssis hazırlığına cəlb olunmalıdır. Bunun üçün xüsusi proqramlar, layihələr işlənməlidir"
Dövlət Komitəsinin sədri vurğulayıb ki, su ehtiyaclarının öyrənilməsi, buna dair elmi tədqiqatların aparılması və paralel olaraq gender bərabərliyini bu sahədə qorunması qarşıya qoyulan məqsədlərdən biridir.
Oxşar xəbərlər
Bahar Muradova: Azərbaycanda ibtidai təhsil alan qadınların göstəricisi 98 faiz təşkil edir
Bahar Muradova: "Ailə Konsepsiyası"nın hazırlanmasına başlanılıb
Bahar Muradova ŞƏT-in Qadınlar Forumunda iştirak edir
Bahar Muradova: Məişət zorakılığının qarşısının alınması ilə bağlı yeni dövlət konsepsiyası hazırlanır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
