WSJ: Hörmüz boğazı İrana ildə 40 milyard dollar qazandıra bilər
İran Hörmüz boğazında gəmilərin hərəkətinə görə ödəniş alaraq, hər il təxminən 40 milyard dollar əldə edə bilər.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə mənbələrə istinadən "The Wall Street Journal" (WSJ) məlumat yayıb.
Söhbət bu su marşrutundan keçən gəmilər üçün təhlükəsizlik, naviqasiya və ekoloji nəzarət xidmətlərinin göstərilməsinə görə mümkün ödənişin tətbiqindən gedir.
Adı açıqlanmayan məmurların sözlərinə görə, Tehran beynəlxalq modelləri, xüsusən də Türkiyənin Egey dənizi ilə beynəlxalq su yolu arasında hərəkət edən gəmilərdən vergi aldığı Dardanel təcrübəsini öyrənir.
Qeyd olunur ki, İran qonşularının bu razılaşmada iştirakını və gəlirlərin bir hissəsinin onların arasında bölüşdürülməsini nəzərdə tutaraq, təklifi Yaxın Şərq ölkələri və Çinlə müzakirə edir.
"Hamı anlamalıdır ki, boğazın idarə olunması heç vaxt əvvəlki vəziyyətinə qayıtmayacaq", - İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf çərşənbə axşamı Omana səfəri zamanı bildirib.
ABŞ-nin dövlət katibi Marko Rubio bu həftə Yaxın Şərqə səfəri zamanı həmin plana qarşı çıxıb.
Oxşar xəbərlər
WSJ: Hörmüz boğazı İrana ildə 40 milyard dollar qazanıra bilər
Qalibaf: Hörmüz boğazını İran idarə edəcək
Monteneqro XİN: Hörmüz boğazında naviqasiya azadlığı prioritet olmalıdır
İran və ABŞ Hörmüz boğazı məsələləri ilə bağlı əlaqə xətti yaradıblar
KİV: ABŞ-İran danışıqları Hörmüz boğazına nəzarət məsələsində fikir ayrılıqlarına görə dalana dirənib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
İsrail yeni lazer silahını təqdim etdi: 60 saniyədə 30 hədəf məhv edilir
-
Tusk: Polşanın müdafiə xərcləri ÜDM-in təxminən 7 %-nə çatıb
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
DÇ-2026: Çexiya - Meksika oyunu başlayıb
