BTC ilə bu il nəql olunan neftin həcmi açıqlanıb
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda neft kəmərləri ilə 12 233,3 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 4,3% azdır.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, nəqletmənin 76,1%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə həyata keçirilib və hesabat dövründə bu kəmər vasitəsilə 9 314,7 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 3,04% azdır.
Hesabat dövrü ərzində BTC kəməri ilə nəql edilmiş neftin 83%-i və ya 7 731,5 min tonunu Azərbaycanda hasil edilən neft (0,7% azalma), 17%-i və ya 1 583,2 min tonunu (13,1% azalma) isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.
Xatırladaq ki, ötən il Azərbaycanda neft kəmərləri ilə 38 752,1 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 2,5% azdır. Nəqletmənin 76%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə həyata keçirilib və hesabat dövründə bu kəmər vasitəsilə 29 470,9 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 2,4% azdır.
Oxşar xəbərlər
BTC ilə neftin nəqli azalıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
BTC ilə tranzit neftinin nəqli azalıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
BTC ilə tranzit neftin nəqli 5%-dək artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
BTC ilə tranzit neftin nəqli 8%-dən çox artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
BTC ilə tranzit neftin nəqli artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












