BTC ilə tranzit neftinin nəqli azalıb
Bu ilin yanvar ayında Azərbaycanda neft kəmərləri ilə 3 209,5 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 1,8% azdır.
Dövlət Statistika Komitəsindən “Sizinxeber.az-Economics”ə verilən məlumata görə, nəqletmənin 72,3%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə həyata keçirilib və hesabat dövründə bu kəmər vasitəsilə 2 319,1 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 6,7% azdır.
Hesabat dövrü ərzində BTC kəməri ilə nəql edilmiş neftin 83,1%-i və ya 1 926,5 min tonunu Azərbaycanda hasil edilən neft (6,3% azalma), 16,9%-i və ya 392,6 min tonunu (8,9% azalma) isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.
Xatırladaq ki, ötən il Azərbaycanda neft kəmərləri ilə 38 752,1 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 2,5% azdır. Nəqletmənin 76%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə həyata keçirilib və hesabat dövründə bu kəmər vasitəsilə 29 470,9 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 2,4% azdır.
Qeyd edib ki, 2024-cü ildə BTC kəməri ilə nəql edilmiş neftin 82%-i və ya 24 172,5 min tonunu Azərbaycanda hasil edilən neft, 18%-i və ya 5 298,4 min tonunu (1,1% artım) isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.
Oxşar xəbərlər
BTC ilə tranzit neftin nəqli 5%-dək artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
BTC ilə tranzit neftin nəqli artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
BTC ilə tranzit neftinin nəqli ötən il artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
BTC ilə tranzit neftin nəqli 8%-dən çox artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın magistral neft kəmərlərindən gəlirləri azalıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












