BTC ilə tranzit neftin nəqli artıb
Cari ilin yanvar-noyabr aylarında Azərbaycanda neft kəmərləri ilə 35 360 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 2,9% azdır.
Dövlət Statistika Komitəsindən “Sizinxeber.az-Economics”ə verilən məlumata görə, nəqletmənin 75,9%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə həyata keçirilib və hesabat dövründə bu kəmər vasitəsilə 26 831,1 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 2,9% azdır.
Hesabat dövrü ərzində BTC kəməri ilə nəql edilmiş neftin 81,8%-i və ya 21 940,5 min tonunu Azərbaycanda hasil edilən neft, 18,2%-i və ya 4 890,6 min tonunu (2,3% artım) isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.
Xatırladaq ki, ötən il magistral neft kəmərləri ilə 39 753,2 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 5,2% çoxdur. Nəqletmənin 75,9%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə həyata keçirilib və ötən il ərzində bu kəmər vasitəsilə 30 191,6 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 1,49% çoxdur.
Oxşar xəbərlər
BTC ilə tranzit neftin nəqli 8%-dən çox artıb
BTC ilə tranzit neftin nəqli 5%-dək artıb
Azərbaycanın magistral neft kəmərlərindən gəlirləri artıb
Azərbaycanda neft kəmərlərində bu ilə olan itkilərin həcmi açıqlanıb
Azərbaycanın magistral neft kəmərlərindən gəlirləri azalıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
İran Livanda atəşkəs olmadan danışıqların növbəti mərhələsinə keçməyəcəyini bildirib
