Avropada təbii qaz tədricən ucuzlaşacaq - PROQNOZ
sizinxeber.az xəbər saytı

Avropada təbii qaz tədricən ucuzlaşacaq - PROQNOZ


“Fitch Ratings” beynəlxalq reytinq agentliyi 2025-2028-ci illər üçün Avropada təbii qazın orta qiyməti üzrə baza proqnozunu yeniləyib.

Sizinxeber.az-Economics” “Fitch”in baza proqnozuna istinadən xəbər verir ki, TTF indeksi (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən iri virtual satış mərkəzi) üzrə Avropada qazın 1 000 kub fut (28,3168 kubmetr) üçün qiymətinin 2025-ci ildə 12 ABŞ dolları (öncəki proqnoz – 11 dollar), 2026-cı ildə - 8 dollar, 2027-ci ildə - 7 dollar (proqnozlar göstəricilər dəyişməyib), 2028-ci ildə isə 7 dollar səviyyəsində olacağı ehtimal olunur.

Proqnoza əsasən, 2024-cü ildə TTF indeksi üzrə Avropada qazın qiyməti 1 000 kub fut üçün 11 dollar olub.

Qeyd edək ki, 2020-ci ilin dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

Oxşar xəbərlər

“Fitch Ratings” neftin qiyməti üzrə proqnozunu açıqlayıb
"ING Group" bu il üçün Avropada təbii qazın qiyməti üzrə proqnozunu artırıb
Avropada bu il təbii qaz daha da bahalaşacaq - PROQNOZ
Avropada yaxın iki ildə qazın qiyməti tədricən azalacaq - PROQNOZ
Avropada təbii qazın qiyməti 550 dolları ötüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər