Rusiya qazı yenidən Slovakiyaya tədarük olunur
sizinxeber.az xəbər saytı

Rusiya qazı yenidən Slovakiyaya tədarük olunur


Rusiyanın "Qazprom" şirkəti fevralın 1-dən Slovakiyanın ən böyük dövlət enerji təchizatçısı olan SPP şirkətinə "Türk axını" vasitəsilə qaz tədarük etməyə başlayıb.

Sizinxeber.az-Economics”in xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə SPP-nin rəhbəri Vojtech Ferencz bildirib.

Onun sözlərinə görə, aprel ayından qaz tədarükü iki dəfə artacaq. “Qazprom Export” ilə müqavilə 2034-cü ilə qədər qüvvədədir.

"Biz onu (müqaviləni – red.) ləğv etmirik", - Vojtech Ferencz vurğulayıb.

Qeyd edək ki, yanvarın 1-də Kiyevin müqaviləni uzatmaqdan imtina etməsi səbəbindən Rusiya qazının Ukrayna ərazisindən Avropaya tranziti tamamilə dayandırılıb. Slovakiya da bu tranzit vasitəsi ilə qaz alırdı.

Xatırladaq ki, 1 dekabr 2024-cü il tarixindən SOCAR tərəfindən Slovakiyanın SPP şirkətinə qaz təchizatına başlanılıb. Qaz təchizatı SOCAR və SPP arasında qısamüddətli pilot müqavilə əsasında reallaşdırılan əməkdaşlıq çərçivəsində həyata keçirilir. Şirkətlər daha uzunmüddətli enerji tərəfdaşlığını inkişaf etdirməyi hədəfləyirlər.

Oxşar xəbərlər

"Qazprom" "Türk axını" ilə Slovakiyaya qaz tədarükünə başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Putin: Rusiya Ukrayna ərazisindən qaz tranzitindən imtina etmir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Putin: Ukrayna Rusiya qazının tranzitini bağlamaqla Avropanı cəzalandırır [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Qazprom" borclarına görə Moldovaya qaz nəqlini dayandıracaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rəsmi Moskva: Rusiya qazının tədarükünün dayandırılmasına görə məsuliyyət ABŞ-nin üzərinə düşür [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər