Sebastyan Minye: "Braziliya millisi ilə qarşılaşmağımız bəxtsizlik idi"
sizinxeber.az xəbər saytı

Sebastyan Minye: "Braziliya millisi ilə qarşılaşmağımız bəxtsizlik idi"


Braziliya yığmasının DÇ-2026-da Haiti ilə qarşılaşması bəxtsizlik olub.

"Report" xarici mediaya istinadən xəbər verir ki, bunu Haiti millisinin baş məşqçisi Sebastyan Minye mundialın qrup mərhələsində Braziliya yığmasına qarşı keçirilən oyundan sonra deyib.

Mütəxəssis uduzduqları qarşılaşmanı şərh edib:

"Braziliya millisi ilə qarşılaşmağımız bəxtsizlik idi. Sonuncu dəfə dünya çempionatında iştirak etməyimizdən 52 il keçib və bunu nəzərə almalıyıq. Futbolçularımız da burada olmağa layiq olduqlarının fərqindədirlər. Çox yaxşı oyun planımız var idi, lakin ilk su fasiləsindən sonra etdiyimiz səhvlər və top itkiləri bizə baha başa gəldi".

Qeyd edək ki, Braziliya Haiti seçməsini 3:0 hesabı ilə məğlub edib.

Oxşar xəbərlər

Karlo Ançelotti: "Haiti üzərində qazanılan qələbə vacib idi"
Braziliya - Haiti oyununun ən yaxşı futbolçusu Vinisius olub
DÇ-2026: Braziliya 3 xalı 3 qolla qazanıb
DÇ-2026: Braziliya - Haiti oyununda ilk qol vurulub - YENİLƏNİR
DÇ-2026: Braziliya qələbə axtarışında

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər