Çin şirkətləri ilə bərpa olunan enerji sahəsində əməkdaşlıq sənədləri imzalanıb
sizinxeber.az xəbər saytı

Çin şirkətləri ilə bərpa olunan enerji sahəsində əməkdaşlıq sənədləri imzalanıb


COP29 çərçivəsində Çin şirkətləri ilə “yaşıl enerji” sahəsində bir neçə sənəd imzalanıb.

APA-Economics” xəbər verir ki, Füzuli rayonunda 160 MVt gücündə günəş enerjisi layihəsi üzrə Energetika Nazirliyi, “China Energy Overseas Investment Co. Ltd.” və “SOCAR Green” MMC arasında İcra Müqaviləsi imzalanıb.

Həmçinin Energetika Nazirliyi “China Energy Overseas Investment Co. Ltd” şirkəti ilə Azərbaycanda bərpa olunan enerji sahəsində əməkdaşlıq üzrə Anlaşma Memondumu imzalanıb. Bundan başqa, Energetika Nazirliyi ilə “China Datang Co. Ltd” arasında Azərbaycanda bərpa olunan enerji layihələrinin inkişafına dair Anlaşma Memorandumu imzalanıb. Memorandum şirkətlə bərpa olunan enerji layihələrinə investisiya qoyuluşu, texniki-iqtisadi əsaslandırmanın, müvafiq tədqiqatların aparılması, Azərbaycanda bərpa olunan enerji üzrə Tədqiqat və İnkişaf Mərkəzinin yaradılması imkanlarının araşdırılması istiqamətlərində əməkdaşlığı nəzərdə tutur.

Oxşar xəbərlər

"Energy China" öz törəmə şirkətləri vasitəsilə Azərbaycanda iştirakını genişləndirir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Çin şirkətləri Azərbaycanda bərpa olunan enerji sahəsinə maraq göstərir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Səudiyyə Ərəbistanı ilə “yaşıl enerji” tərəfdaşlığını genişləndirən sənədlər imzalanıb - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan və Serbiya arasında qaz təchizatı üzrə müqavilə imzalanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Energetika Nazirliyi “China Energy” şirkəti ilə memorandum imzalamaq imkanını nəzərdən keçirir [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər