Energetika Nazirliyi “China Energy” şirkəti ilə memorandum imzalamaq imkanını nəzərdən keçirir
Energetika Nazirliyi Çinin “China Energy Engineering Group” şirkəti ilə Anlaşma Memorandumu imzalamaq imkanını nəzərdən keçirir.
"Report" xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov deyib.
Nazir qeyd edib ki, Pekinə səfəri çərçivəsində “China Energy” şirkətinin vitse-prezidenti Lin Syadoan ilə görüşüb.
“Görüş zamanı 160 MVt gücündə elektrik stansiyası layihəsinin icrasının sürətləndirilməsi, şirkətin Azərbaycanda dəniz külək enerjisi layihələrində iştirakı və “yaşıl enerji” dəhlizləri ilə bağlı müzakirələr aparılıb. Həmçinin bərpaolunan enerji üçün avadanlıqların yerli istehsalının inkişafı, birgə elmi-tədqiqat mərkəzinin yaradılması istiqamətində əməkdaşlıq məsələləri müzakirə olunub. Biz İşçi Qrupun yaradılması barədə razılığa gəldik və yeni əməkdaşlıq prioritetlərimizi əks etdirən Anlaşma Memorandumunun imzalanması təklifini yüksək qiymətləndirdik”, - o vurğulayıb.
Oxşar xəbərlər
"Energy China" öz törəmə şirkətləri vasitəsilə Azərbaycanda iştirakını genişləndirir
“Energy China” COP29 çərçivəsində paralel tədbir keçirəcək
Pərviz Şahbazov "Wind Energy Hamburg" tədbirində iştirak edəcək
Azərbaycan Çin şirkətləri ilə “yaşıl enerji” əməkdaşlığının genişləndirilməsini müzakirə edib
Azərbaycanla BƏƏ-nin “Masdar” şirkəti arasında sənədlər imzalanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













