Nazir müavini: Azərbaycanın bərpa olunan enerji potensialı üç dəfədən çox artacaq
"Bizim bərpa olunan enerji potensialımız, şübhəsiz ki, üç dəfədən çox artacaq”.
APA xəbər verir ki, bu barədə Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı (Pre-COP29) çərçivəsində keçirilən panel iclası zamanı Azərbaycan energetika nazirinin müavini, COP29 Azərbaycan üzrə baş icraçı direktor Elnur Soltanov deyib.
"Biz Energetika Nazirliyi ilə birlikdə COP29 enerji təşəbbüslərimizi hazırlayarkən, həqiqətən, bu xüsusi təşəbbüslə, bərpa olunan mənbələrin üç dəfə artırılması və enerji səmərəliliyinin ikiqat artırılması ilə bağlı baş verənlərdən ilhamlandıq. Yenə də, enerji ilə bağlı təşəbbüslərin əksəriyyəti şəbəkənin təkmilləşdirilməsi, yerli və beynəlxalq, yaşıl enerji dəhlizləri və şəbəkə miqyaslı saxlama anbarları adlandırdığımız şeylərdir, elə deyil? Diqqət yetirmək istədiyim növbəti məqam ondan ibarətdir ki, Azərbaycan təşəbbüsdəki öhdəlikləri həyata keçirməyə başlayıb.
Biz artıq keçən il Azərbaycanda bütün regionda ən böyük günəş elektrik stansiyasını işə salmağa başlamışıq. Bizim bərpa olunan enerji potensialımız, şübhəsiz ki, üç dəfədən çox artacaqdır. Yaşıl dəhlizlərə gəldikdə isə biz əslində nümunə ilə liderik və düşünürəm ki, bu termin Azərbaycanın miraslarından biri olacaq. COP28-in ən yaddaqalan nəticələrindən biri müvafiq olaraq enerji səmərəliliyi idi”, - deyə o bildirib.
Oxşar xəbərlər
Nazir: COP29 dünyada “xalis sıfır”a nail olmaq üçün enerji təşəbbüslərini formalaşdırır [xfgiven_updateblue][/xfgiven_updateblue]
COP29 üzrə baş icraçı direktor: Baxmayaraq ki, bizim kömür ehtiyatlarımız olub, amma Azərbaycan heç vaxt ondan istifadə etməyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
COP28 Enerji keçidinin direktoru: 2030-cu ilə qədər alternativ enerji mənbələri tapmalıyıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Elnur Soltanov: Yeni yaşıl enerji dəhlizləri yaradırıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Vaşinqtonda Azərbaycan-ABŞ enerji münasibətləri müzakirə edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












