Fatih Birol: Bu il də enerji səmərəliliyinin iki dəfə artırılması mümkün görünmür
Bu il də qlobal səviyyədə enerji səmərəliliyinin iki dəfə artırılması mümkün görünmür.
“Sizinxeber.az-Economics” xəbər verir ki bunu Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol COP29 çərçivəsində keçirilən "Nazirlər səviyyəsində dialoq: Bərpa olunan enerjidən istifadənin üç dəfə və enerji səmərəliliyinin iki dəfə artırılması üçün investisiyaların genişləndirilməsi" adlı tədbirdə deyib.
“Enerji səmərəliliyinin iki dəfə artırılması və bərpa olunan enerjidən istifadənin üç dəfə artırılması məqsədlərinə dair əldə edilən nəticələr qənaətbəxş deyil. Məyus olduğumuz nəticələr enerji səmərəliliyindədir. Keçən il biz qlobal enerji səmərəliliyinin illik artım tempini 2 %-dən 4%-ə yüksəldilməsi barədə razılaşdıq. Bununla belə, builki rəqəmlərə nəzər saldıqda qlobal enerji səmərəliliyinin artımı cəmi 1 % təşkil edir ki, bu da 10 il əvvəlki göstəricinin yarısıdır”- Fatih Birol qeyd edib.
Oxşar xəbərlər
Fatih Birol: "Enerji səmərəliliyinin 2 dəfə artırılması ilə bağlı məyusluq yaşayırıq"
IEA rəhbəri: "Enerji səmərəliliyi standartlarına yenidən baxılmalıdır"
Fatih Birol: "III yüksək səviyyəli dialoq çərçivəsində IEA-nın məlumatları müzakirə ediləcək"
Nazir müavini: Azərbaycanın bərpa olunan enerji potensialı üç dəfədən çox artacaq
Abdulla Balalaa: “BƏƏ enerji istehlakında səmərəliliyi 45 %-ə qədər artıracaq”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"












