Rusiya bu yolda Gürcüstandan istifadə edir - Zurabişvili
sizinxeber.az xəbər saytı

Rusiya bu yolda Gürcüstandan istifadə edir - Zurabişvili


Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili Rusiyanı ölkəsinə qarşı hibrid müharibə və hücumlar aparmaqda ittiham edib.

Sizinxeber.Az Globalinfo.az-a istinadən xəbər verir ki, o, bunu Odessada keçirilən forumda çıxışı zamanı səsləndirib.

Zurabişvili bildirib ki, Moskva Gürcüstandan hibrid təsir metodlarının sınaqdan keçirildiyi platforma kimi istifadə edir.

Onun sözlərinə görə, bu proses təbliğat kampaniyaları, dövlət institutlarına təsir göstərilməsi və qanunvericilik vasitəsilə təzyiq mexanizmlərinin tətbiqi ilə müşayiət olunur.

O, hesab edir ki, bu addımların əsas məqsədi Tiflisin Avropa inteqrasiyası istiqamətindəki kursunu zəiflətməkdir.

Zurabişvili qeyd edib ki, son illərdə qəbul olunan bəzi qanunlar da Gürcüstanın öz gələcəyini sərbəst şəkildə müəyyən etmək hüququna təsir göstərməyə yönəlmiş daha geniş strategiyanın tərkib hissəsi kimi qiymətləndirilə bilər.

Oxşar xəbərlər

Salome Zurabişvili parlament seçkilərinin nəticələrini tanımaqdan imtina edib
Gürcüstanın Baş naziri: Zurabişvili mandatının bitməsindən sonra vəzifəsini tərk edəcək
AP sədri Roberta Metzola Gürcüstan Prezidenti Salome Zurabişvili ilə telefonla danışıb
Zurabişvili: Müxalifət Gürcüstanın baş naziri vəzifəsinə vahid namizəd müəyyən edə bilməyəcək
Salome Zurabişvili Emmanuel Makronla görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər