Şmıqal və Rayt Ukraynanın enerji resurslarının hasılatını artırmağı müzakirə edib
sizinxeber.az xəbər saytı

Şmıqal və Rayt Ukraynanın enerji resurslarının hasılatını artırmağı müzakirə edib


Ukrayna Baş nazirinin birinci müavini və energetika naziri Denis Şmıqal ABŞ-yə səfəri zamanı ölkənin energetika naziri Kris Raytla görüşüb.

"Report"un məlumatına görə, D.Şmıqal bu barədə özünün teleqram kanalında yazıb.

Onun sözlərinə görə, tərəflər Amerika şirkətlərinin iştirakı ilə Ukraynada qaz və neft hasilatının artırılmasına, xüsusən "Şaquli Qaz Dəhlizi"nin inkişafına, Ukrayna qaz anbarlarından istifadənin üstünlüklərinə və Avropaya neft nəqli üçün Odessa terminalının inkişafına diqqət yetiriblər.

"Rusiya hücumları nəticəsində Ukraynanın zərər çəkmiş energetika sistemindəki vəziyyəti və bərpa üçün prioritet sahələri müzakirə etdik. Xüsusən qaz istehsalı da daxil olmaqla enerji avadanlıqlarının təkmilləşdirilməsi və ABŞ-nin "Ex-Im Bankı" ilə əməkdaşlığın gücləndirilməsi üçün DFC-dən (Amerikanın İnkişafın Maliyyələşdirilməsi Korporasiyası -red) 1,4 milyard dollarlıq kredit almaq imkanlarını müzakirə etdik", - paylaşımda bildirilir.

Şmıqal həmçinin Raytla dizel yanacağı təchizatının alternativ mənbələri ilə bağlı ABŞ şirkətləri ilə danışıqlar barədə məlumat verib.

Oxşar xəbərlər

Denis Şmıqal: Ukrayna Rusiya qazının tranzitini bərpa etməyi planlaşdırmır
Ukraynanın müdafiə naziri: Çexiya yeni hərbi yardım paketləri hazırlayır
Ukrayna Latviyadan zirehli transportyorlar alıb
Norveç Ukraynaya 1,4 milyard dollar ayırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər