sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Denis Şmıqal: Ukrayna Rusiya qazının tranzitini bərpa etməyi planlaşdırmır
Ukrayna Rusiya qazının tranzitinin uzadılması üçün müqavilə imzalamağı planlaşdırmır.
“Sizinxeber.az” Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Denis Şmıqal Ali Radada bildirib.
"Hazırda sıfır tranzit şəraitində işləyən Ukraynanın qaz nəqli sisteminin fəaliyyəti energetika sahəsinin dayanıqlığının mühüm elementi olaraq qalır. Biz Rusiya qazının tranziti ilə bağlı heç bir müqavilə imzalamağı planlaşdırmırıq", - o qeyd edib.
Baş nazirin sözlərinə görə, 2025-ci il üçün prioritet məsələ qaz hasilatının, eləcə də Ukraynanın perspektiv vəd edən yataqlarına sərmayələrin artırılmasından ibarətdir.
Oxşar xəbərlər
Ukrayna Rusiya qazının tranzitinin bərpasını planlaşdırmır
ENI rəhbəri: "Avropa Rusiya qazının Ukrayna üzərindən tranziti olmadan da keçinə bilər"
Ukraynalı nazir: “Azərbaycan qazının ölkəmizlə tranzitinə dair konkret təklif yoxdur”
Orban: Macarıstan Rusiya qazının Ukrayna üzərindən tranzitinin saxlanması variantlarını müzakirə edir
Volodimir Zelenski: "Ukrayna Rusiya ilə qaz tranziti müqaviləsini uzatmaqdan imtina edir"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













