Unibank “Yaşıl İnvestisiya Prinsipləri”nə qoşulub
Unibank, dayanıqlı maliyyənin təşviqi və məsuliyyətli bankçılıq prinsiplərinin tətbiqi sahəsində növbəti addımını ataraq, Yaşıl İnvestisiya Prinsipləri (Green Investment Principles – GIP) təşəbbüsünə üzv olub.
GIP – maliyyə institutlarının ətraf mühit, sosial və idarəetmə (ESİ) amillərinin qərarvermə proseslərinə inteqrasiya etməsini təşviq edən beynəlxalq platformadır. Unibank bu üzvlüklə dayanıqlı inkişafa dəstək vermək və yaşıl maliyyə sahəsində beynəlxalq əməkdaşlığı gücləndirmək öhdəliyini bir daha nümayiş etdirir.
Unibank KB İdarə Heyətinin sədri Fərid Abuşov bu barədə bildirib: “Yaşıl İnvestisiya Prinsiplərinə qoşulmağımız, “Unibank”ın dayanıqlı maliyyə və məsuliyyətli bankçılığa sadiqliyinin göstəricisidir. Maliyyə sektorunun iqlim və ekoloji çağırışların həllində mühüm rol oynadığına inanırıq və bu istiqamətdə beynəlxalq əməkdaşlığa töhfə vermək dayanıqlılıq yanaşmamızın bir hissəsidir.”
GIP üzvü olaraq Unibank aşağıdakı istiqamətlər üzrə fəaliyyətini gücləndirəcək:
- ESİ meyarlarının investisiya və kredit siyasətinə daxil edilməsi;
- Dayanıqlılıq üzrə şəffaf hesabatlılığın təmin olunması;
- Yaşıl maliyyə təşəbbüslərinin təşviqi üçün tərəfdaşlarla əməkdaşlıq.
Yaşıl İnvestisiya Prinsipləri maliyyə institutlarına dayanıqlı inkişaf məqsədlərini dəstəkləmək və dayanıqlı iqtisadiyyatın formalaşdırılmasına töhfə vermək üçün çərçivə təqdim edir. “Unibank”ın bu təşəbbüsə üzvlüyü, dayanıqlılığın bankın biznes strategiyasına inteqrasiya edilməsi istiqamətində atılmış proaktiv bir addımdır.
Unibank- Sənin Bankın!
Oxşar xəbərlər
Unibank Karbon Mühasibatlığı üzrə Maliyyə Tərəfdaşlığına (PCAF) qoşulub
Unibank ətraf mühitə dəstək məqsədi ilə 500 ağac əkib
Unibank növbəti yaşıl maliyyələşməni həyata keçirir
Unibank və AYİB tərəfdaşlığı yenidən başlayır
Mərkəzi Bank “Türk Yaşıl Maliyyə Şurası”na üzv olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”












