MDM: Növbəti illərdə kapital bazarında blokçeyn texnologiyası tətbiq edə bilər
Milli Depozit Mərkəzi (MDM) növbəti illərdə kapital bazarında blokçeyn texnologiyası tətbiq edə bilər.
"Report" xəbər verir ki, bunu MDM-in Strategiya şöbəsinin rəhbəri Əli Əliyev Bakıda keçirilən "Depozitarın ekosistemdə rolu" mövzusunda tədbirdə bildirib.
Onun sözlərinə görə, qurumun hazırkı strategiyasında blokçeyn texnologiyalarının tətbiqi nəzərdə tutulmayıb: "Lakin gələcəkdə hazırkı strategiyanın icrasından sonra bu texnologiyanı nəzərə ala bilər".
O qeyd edib ki, blokçeynin texnologiya tərəfindən başqa qanunvericilik və pulların yuyulması məsələsi də var: "Odur ki, bu, həssas mövzudur. İlkin olaraq blokçeynin qanunvericilik bazası formalaşdırılmalıdır. Məsələn, hazırda Türkiyə və Rusiyada blokçeyn "exchange"ləri yaranıb və bu da investorlarda vəsait itkisinə səbəb olub. Bu səbəbdən də blokçeyn texnologiyasının tətbiqində növbəti illərdə "step-by-step" tətbiqinin daha məqsədə uyğun olduğunu düşünürəm".
Oxşar xəbərlər
Lixtenşteyn rəsmisi: "Blokçeyn və rəqəmsal aktivlərin uğurlu tətbiqi üçün zəmin hazırlanmalıdır"
Milli Depozit Mərkəzi hesablaşma agenti kimi fəaliyyət göstərmək istəyir
Milli Depozit Mərkəzi ötən il 300 milyon manatdan çox kupon ödənişləri edib
Azərbaycanın kapital bazarında dayanıqlılığın artırılması müzakirə edilib
AMB "Kapital bazarları" haqqında qanunvericilik paketi hazırlayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Ronaldo gümüş almaqdan imtina etdi
-
Rövşən Nəcəf: "Sabah" klubunu ürəkdən təbrik edirəm
-
Azərbaycanın gülçə atıcısı Avropa çempionatında bürünc medal qazanıb
