Milli Depozit Mərkəzi ötən il 300 milyon manatdan çox kupon ödənişləri edib
2024-cü ildə Milli Depozit Mərkəzi (MDM) ödəniş agenti qismində dövlət qiymətli kağızları və korporativ istiqrazlar üzrə 300 milyon manatdan çox kupon ödənişləri həyata keçirib.
"Report" xəbər verir ki, bunu MDM-in Strategiya şöbəsinin rəhbəri Əli Əliyev Bakıda keçirilən "Depozitarın ekosistemdə rolu" mövzusunda tədbirdə bildirib.
Bundan başqa, onun sözlərinə görə, ötən il Mərkəz istiqrazlar sahiblərinə əsas məbləğ qismində 5 milyard manata yaxın ödəniş edib.
Xatırladaq ki, MDM mərkəzi depozitar olaraq maliyyə bazarlarına nəzarət orqanı tərəfindən təsis edilmiş qeyri-kommersiya hüquqi şəxsdir. Onun əsas məqsədi qiymətli kağızların saxlanılmasını, onlar üzərində mülkiyyət və digər hüquqların uçotunu, habelə qiymətli kağızlarla bağlı əqdlərin qeydiyyatını aparan depozitar sisteminin işinin təşkili və əlaqələndirilməsidir.
Oxşar xəbərlər
Milli Depozit Mərkəzi hesablaşma agenti kimi fəaliyyət göstərmək istəyir
Milli Depozit Mərkəzi ötən il 300 mln. manat kupon ödənişi həyata keçirib
Bakı Fond Birjasının dövriyyəsi repo hesabına kəskin "şişir"
Azərbaycanın dövriyyədə ümumi dəyəri 1 milyard dollardan çox olan avrobondları var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
