Lixtenşteyn rəsmisi: "Blokçeyn və rəqəmsal aktivlərin uğurlu tətbiqi üçün zəmin hazırlanmalıdır"
Hökumətlər blokçeyn və rəqəmsal aktivlərin uğurlu tətbiqi üçün zəmin hazırlamalıdırlar.
"Sizinxeber.az" xəbər verir ki, bunu Lixtenşteyn hökumətinin maliyyə innovasiyaları ofisinin direktor müavini Anjelika Layr Bakıda keçirilən "Chain Reaction 2024" forumu çərçivəsində təşkil edilmiş "Mədəniyyət olaraq innovasiyalar" adlı panel müzakirəsində bildirib.
"Bizim vəzifəmiz belə bir "meydan" yaratmaqdır. Biz elə bir zəmin hazırlamalıyıq ki, oyunçular bu "meydan"da sərbəst oynaya bilsinlər. Lixtenşteyndə biz məhz bunu etdik, söhbət blokçeyn və ümumilikdə rəqəmsal aktivlərdən gedir. İlk olaraq düşündük: bizə nə lazımdır? Birinci məsələ tənzimləmədir ki, bu da həm xeyir verə, həm də problem yarada bilər. Biz bazarı qaydalarla yükləməməyə çalışdıq. 2020-ci ildə biz blokçeyn və etibarlı xidmət təminatçıları haqqında qanunu qəbul etdik, bütün iştirakçılar üçün hüquqi baza və hüquqi müəyyənlik yaratdıq. İkinci addım bazarla əlaqə yaratmaq oldu. Biz hesab edirik ki, əhali və şirkətlərlə danışmaq vacibdir, çünki biz texnologiyaları və innovasiyaları başa düşməliyik ki, onları dövlət qərarlarına uyğunlaşdırmaq mümkün olsun", - deyə o qeyd edib.
Oxşar xəbərlər
Gələn ay Azərbaycanda ilk innovasiya mərkəzləri yaradılacaq
4SİM gələn il 200 min nəfərin təhsilinə dəstək verməyi planlaşdırır
"Barings" rəsmisi: "Azərbaycanın kredit reytinqi onu yüksək gəlirli istiqrazların emitenti edir"
4SİM: Kriptovalyuta biznesindən gəlir əldə edənlər üçün yeni vergi qaydaları hazırlanır
BMT rəsmisi: "Rəqəmsal transformasiyanın risklərini nəzərə alaraq bərpa planları hazırlanmalıdır"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Ronaldo gümüş almaqdan imtina etdi
-
Rövşən Nəcəf: "Sabah" klubunu ürəkdən təbrik edirəm
-
Azərbaycanın gülçə atıcısı Avropa çempionatında bürünc medal qazanıb
