Milli Depozit Mərkəzi hesablaşma agenti kimi fəaliyyət göstərmək istəyir
Milli Depozit Mərkəzi (MDM) yeni bank modulu tətbiq etməyi və hesablaşma agenti kimi fəaliyyət göstərməyi planlaşdırır.
"Sizinxeber.az" xəbər verir ki, bunu MDM-in Strategiya şöbəsinin rəhbəri Əli Əliyev Bakıda keçirilən "Depozitarın ekosistemdə rolu" mövzusunda tədbirdə bildirib.
Onun sözlərinə görə, MDM-in "2024-2026-cı illər üzrə İnkişaf Strategiyası"nda nəzərdə tutulan 6 hədəfdən 2-si ötən il icra edib: "Bunlar konsultasiya və elektron səsvermə (E-vote) xidmətləridir. MDM həmçinin hesablaşma agenti funksiyasını tətbiq etməyi planlaşdırır. Hazırda kapital bazarında banklar hesablaşma agenti kimi fəaliyyət göstərir. Strategiyaya əsasən yeni bank modulunun tətbiq edilməsi və hesablaşma agenti funksiyasını MDM-in icra etməsi planlaşdırılır. Digər fəaliyyət istiqaməti olan maliyyə xidmətləri də bu yeni bank modulunda əks olunacaq", - deyə o qeyd edib.
Oxşar xəbərlər
MDM yeni bank modulunun tətbiqini planlaşdırır
Azərbaycan Mərkəzi Bankı iki hüquqi şəxsə sığorta agenti lisenziyaları verib
AMB "Premium Bank"a sığorta agenti fəaliyyəti üçün lisenziya verib
Milli Depozit Mərkəzi ötən il 300 milyon manatdan çox kupon ödənişləri edib
AMB daha 2 banka sığorta agenti fəaliyyəti üçün lisenziya verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
