"TuranBank" ağacəkmə aksiyasında iştirak edib
Ölkənin aparıcı banklarından biri "TuranBank" ASC Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibəti ilə təşkil edilən ağacəkmə aksiyasına qoşulub.
Azərbaycan Mərkəzi Bankı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN), "Azərbaycan Banklar Assosiasiyası" (ABA) ictimai Birliyinin birgə təşkilatçılığı ilə artıq 3 ildir təşkil edilən genişmiqyaslı ağacəkmə aksiyasında assosiasiyaların məsul şəxləri və üzv təşkilatların 250-yə yaxın nümayəndəsi iştirak edib.
Ölkədə meşə fondunun bərpası və yaşıllıqların salınması məqsədi ilə Abşeron rayonunun Müşfiqabad qəsəbəsində 50 hektar ərazidə 30 mindən çox iqlimə uyğun müxtəlif növ ağacların əkilməsi və suvarma sisteminin qurulması nəzərdə tutulub. Aksiya zamanı 1 hektar ərazidə 625 ədəd Eldar şamı və zeytun ağacları əkilib.
Bu aksiya ETSN, ABA, Azərbaycan Mərkəzi Bankı, "Azərbaycan Sığortaçılar Assosiasiyası", "Azərbaycan Mikromaliyyə Assosiasiyası", "Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası" və "Azərbaycan Fintex Assosiasiyası" İctimai Birlikləri arasında 13 mart 2023-cü il tarixində “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü il dönümü münasibəti ilə ağacəkmə tədbirləri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu”u çərçivəsində baş tutub. Memorandumun məqsədi tərəflərin iştirakı ilə 2023-cü ildən başlayaraq 10 il ərzində hər il 100 000 ağac olmaqla, ümumilikdə 1 000 000 ağacın əkilməsi ilə bağlı müvafiq işlər görülməsindən ibarətdir.
"TuranBank" ölkəmizdə yaşıllıqların mühafizəsi və artırılması səylərini bundan sonra da davam etdirəcək, ETSN ilə birgə planetimizin mühafizəsi üçün mübarizədə, ətraf mühit naminə görülən tədbirlərdə aktiv iştirak edəcəkdir.
"TuranBank"
Bizimlə etibarlıdır …
Oxşar xəbərlər
"Expressbank" ABA-nın ağacəkmə aksiyasında iştirak edib
Expressbank ABA-nın ağacəkmə aksiyasında iştirak edib
Yelo Bank ölkəmizin yaşıllaşdırılmasına töhvə verib
Muxtar Babayev: Ötən il ölkə ərazisində 8 milyondan çox ağac əkilib
“Yaşıl dünya naminə həmrəylik ili”ndə ağacəkmə aksiyaları davam edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Ronaldo gümüş almaqdan imtina etdi
-
Rövşən Nəcəf: "Sabah" klubunu ürəkdən təbrik edirəm
-
Azərbaycanın gülçə atıcısı Avropa çempionatında bürünc medal qazanıb
