WUF13-də Kahramanmaraşda salınan "Azərbaycan məhəlləsi"nin layihəsi təqdim edilib
sizinxeber.az xəbər saytı

WUF13-də Kahramanmaraşda salınan "Azərbaycan məhəlləsi"nin layihəsi təqdim edilib


Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində Türkiyənin Kahramanmaraş vilayətində salınan "Azərbaycan məhəlləsi"nin layihəsi təqdim edilib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Türkiyənin Kütləvi Mənzil Layihələri və Tədqiqat Mərkəzi şöbəsinin müdiri Ahmet Kutlu Gayretli Türkiyə pavilyonunda çıxış edib.

Onun sözlərinə görə, Türkiyənin TOKİ layihəsi çərçivəsində zəlzələdən sonra Kahramanmaraşda "Azərbaycan məhəlləsi" adlanan ərazidə genişmiqyaslı yenidənqurma işləri həyata keçirilir.

Qeyd edilib ki, layihə çərçivəsində 1 223 yaşayış evi, 1 789 ticarət obyekti, 464 ofis, mədəniyyət mərkəzi və Heydər Əliyev adına məktəb də yer alıb.

Təqdimatda bildirilib ki, ərazidə ticarət zonaları, idman mərkəzi, məscid və istirahət sahələri sakinlərin ehtiyaclarına uyğun şəkildə layihələndirilib:

"Həmçinin, meydanlar və ictimai məkanlarla bağlı qərarlar yekunlaşdırılıb. Layihənin əsas məqsədi təhlükəsiz, müasir və sosial ehtiyaclara cavab verən yaşayış mühiti formalaşdırmaqdır".

Oxşar xəbərlər

Departament müdiri: Azərbaycan Kahramanmaraşda bərpa işlərinə böyük töhfə verib - FOTO
"Haber Global": Kahramanmaraşda 1 213 ev tezliklə qanuni sahiblərinə təhvil veriləcək
Kahramanmaraşın bələdiyyə sədri: "Azərbaycan Məhəlləsi" yeni dizaynda qurulur
MİDA: Kahramanmaraşda “Azərbaycan Məhəlləsi”nin tikintisi yekunlaşır - FOTO - YENİLƏNİB
Kahramanmaraşda “Azərbaycan Məhəlləsi”nin tikintisi başa çatıb - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər