Naxçıvanda "Şərqin qapısı" teatr festivalı yekunlaşıb
Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə və teatrın 143 illiyinə həsr edilən "Şərqin qapısı" teatr festivalı başa çatıb.
"Sizinxeber.az"un yerli bürosu xəbər verir ki, festivalın bağlanış mərasimində ölkənin müxtəlif teatr kollektivləri xüsusi təşəkkürnamələrlə təltif olunublar.
Daha sonra tədbirdə çıxış edən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov "Şərqin qapısı" teatr festivalının ölkənin teatr mühitində mühüm mədəni hadisə olduğunu vurğulayıb.
Bağlanış mərasimindən sonra tamaşaçılara C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının təqdimatında dahi bəstəkar Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" musiqili komediyası əsasında hazırlanmış tamaşa nümayiş etdirilib.
Üç gün davam edən festival çərçivəsində müxtəlif tamaşalar, ustad dərsləri, panel görüşlər və yaradıcılıq müzakirələri təşkil olunub. Festivalın əsas məqsədi teatr sənətinin inkişafına töhfə vermək, yaradıcı kollektivlər arasında sənət əlaqələrini genişləndirmək və milli teatr ənənələrinin təbliğini gücləndirmək olub.
Oxşar xəbərlər
Naxçıvanda "Şərqin qapısı" Teatr Festivalı keçiriləcək
Naxçıvanda "Şərqin qapısı" teatr festivalının açılış mərasimi keçirilib
Şəkidə IV Beynəlxalq Teatr Festivalı keçirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: İran Misirlə maçtda hesabı bərabərləşdirib - YENİLƏNİR-2
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi AÇIQLAMA
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
