“Neftçi” Konfrans Liqasına vəsiqə qazandı
sizinxeber.az xəbər saytı

“Neftçi” Konfrans Liqasına vəsiqə qazandı


Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXII tura yekun vurulub.

Axar.az xəbər verir ki, son oyun günündə 2 qarşılaşma keçirilib.

Avrokuboklara son vəsiqə uğrunda mübarizə aparan 2 komandadan “Neftçi” çempion “Sabah”ın qonağı olub, “Zirə” isə “Sumqayıt”ı qəbul edib.

Rəqibinə 2:1 hesabı ilə qalib gələn “Neftçi” sona 1 tur qalmış UEFA Konfrans Liqasına vəsiqəni təmin edib. “Zirə” isə “Sumqayıt” üzərində 2:1 hesablı qələbəyə baxmayaraq, avrokuboklardan kənarda qalıb.

Bu nəticələrdən sonra turnir cədvəlində “ağ-qaralar” 56 xalla 4-cü, “Zirə” 53 xalla 5-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Qəbələ” “Karvan-Yevlax”ı 2:1, “Araz-Naxçıvan” “Kəpəz”i 2:0, “Qarabağ” “İmişli”ni 3:0, “Şamaxı” isə “Turan Tovuz”u 3:2 hesabı ilə məğlub edib.

Oxşar xəbərlər

Azərbaycan Premyer Liqası: "Sumqayıt" və "İmişli" turun son günündə qalib gəlib
Azərbaycan Premyer Liqasında XXXII tura yekun vurulub
Premyer Liqa: "Neftçi" XXX turun son oyununda "Karvan-Yevlax"la qarşılaşacaq
Azərbaycan klubları yay fasiləsində 51 yoxlama oyunu keçiriblər - ARAŞDIRMA
Premyer Liqa: "Qəbələ" "İmişli"ni, "Turan Tovuz" "Sumqayıt"ı qəbul edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər