sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
“Yaşıl dünya naminə həmrəylik ili”ndə ağacəkmə aksiyaları davam edir
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib.
"Sizinxeber.az" xəbər verir ki, hər iki qurumun nümayəndələrinin və könüllülərin iştirakı ilə Bakının Xocasən qəsəbəsində keçirilən aksiya çərçivəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.
Ağacəkmə aksiyasının keçirilməsində məqsəd yaşıllıq sahələrinin artırılmasını təşviq etmək, ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizliyin təmini və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir.
Oxşar xəbərlər
“Azpetrol” şirkəti ağacəkmə aksiyası keçirib
“Azpetrol” şirkəti ağacəkmə aksiyası keçirib - FOTO
FHN “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti dəfə ağacəkmə aksiyası keçirib
DSX və ETSN Zəfər Günü və “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilmiş ağacəkmə aksiyası keçirib
Bakıda ağacəkmə aksiyası keçirilib - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













