Muxtar Babayev: Ötən il ölkə ərazisində 8 milyondan çox ağac əkilib
Bugünkü ağacəkmə aksiyaları 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunub. Biz bu gün səhər saatlarında Abşeron rayonunun Müşfiqabad qəsəbəsində geniş ərazidə ağacəkmə aksiyası təşkil etmişik. Bu ekoloji aksiyaya Gənclər və İdman Nazirliyi, gənclər təşkilatları da qoşulmuşdu. İndi isə Qubadayıq. Bu rayonda "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində 2024-cü ildə təkcə icra orqanları tərəfindən 20 mindən çox ağac əkilib. Bütün ölkə ərazisində isə ötən il 8 milyondan çox ağac əkilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Qubada ağacəkmə aksiyası zamanı məlumat verib.
Nazir bildirib ki, ictimaiyyət nümayəndələri ağacəkmə aksiyasında fəal iştirak edirlər. Aksiyalar çərçivəsində əkilən ağacların becərilməsinə də xüsusi diqqət yetirilir.
Qeyd edək ki, bu gün Quba, Qusar, Xaçmaz və Şabran rayonlarında keçirilən ekoloji aksiyalarda 8 mindən artıq ağac əkilib.
Oxşar xəbərlər
Muxtar Babayev: Azərbaycanda ötən il 8 milyondan çox ağac əkilib
Quba, Qusar, Xaçmaz və Şabran rayonlarında 8 mindən artıq ağac əkilib
Muxtar Babayev: Gənclərin iştirakı ilə həyata keçirilən ekoloji layihələr davam etdiriləcək
“Yaşıl dünya naminə həmrəylik ili”ndə ağacəkmə aksiyaları davam edir
Sumqayıtda ağacəkmə aksiyası keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













