"Nar" "İmkanlar hər kəs üçün" layihəsinin bağlanış mərasimində iştirak edib
sizinxeber.az xəbər saytı

"Nar" "İmkanlar hər kəs üçün" layihəsinin bağlanış mərasimində iştirak edib


Sərfəli mobil operator "Nar" DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi tərəfindən həyata keçirilən "İmkanlar hər kəs üçün" layihəsinin bağlanış mərasimində iştirak edib. WUF13 öncəsi Azərbaycan Şəhərsalma Kampaniyası çərçivəsində təşkil olunan layihə əlilliyi olan şəxslərin peşəkar inkişafının və inklüziv iş mühitinin təşviqinə yönəlib.

Tədbirdə "Nar"ın baş icraçı direktoru Özgür Genc şirkətin inklüziv təşəbbüslərə verdiyi dəstəyə görə təşəkkürnamə ilə təltif olunub. Həmçinin layihə iştirakçıları tərəfindən hazırlanan əl işi hədiyyə şirkət rəhbərinə təqdim edilib.

Qeyd edək ki, "Nar" layihə çərçivəsində 25 nəfər əlilliyi olan şəxs üçün 2 ay müddətində şirkətin müxtəlif departamentlərində təcrübə proqramı təşkil edib. İştirakçılar bu müddət ərzində real iş mühiti ilə tanış olub, gündəlik iş proseslərində iştirak edərək peşəkar və praktiki bacarıqlarını inkişaf etdirmək imkanı əldə ediblər.

"Nar" sosial məsuliyyət strategiyası çərçivəsində inklüzivliyin təşviqinə və bərabər imkanların genişləndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləməyə davam edir.

Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən "Nar" son 7 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında "Nar"ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.

Oxşar xəbərlər

“Nar” “İmkanlar hər kəs üçün” layihəsinin bağlanış mərasimində iştirak edib
"Nar" Azərbaycan Şəhərsalma Kampaniyası çərçivəsində inklüziv təşəbbüsə qoşulub
"Nar" WUF 13 çərçivəsində inklüziv təcrübə proqramı iştirakçılarını təltif edib
Leyla Əliyeva və Arzu Əliyeva həssas qruplara aid şəxslərin yaradıcılıq prosesi ilə tanış olublar
"Azercell Telecom" “ADA Employability Week 2025” təşəbbüsünə qatılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər