IMF Argentinanın 20 milyard dollar kredit almasını təsdiqləyib
sizinxeber.az xəbər saytı

IMF Argentinanın 20 milyard dollar kredit almasını təsdiqləyib


Beynəlxalq Valyuta Fondu (IMF) Argentinaya 20 milyard dollar kredit ayrılmasını təsdiqləyib, ilk tranş 12 milyard dollar təşkil edəcək.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat naziri Luis Kaputo mətbuat konfransında bildirib.

“Biz IMF-dən dərhal 12 milyard dollar məbləğində tranş alacağıq. Bu pullar çərşənbə axşamı, 15 aprel tarixində daxil olacaq”, – o söyləyib və əlavə edib ki, ölkə iyunda daha 2 milyard dollar alacaq.

Argentina hökuməti dəqiqləşdirib ki, proqramın müddəti 10 ildir, bunun 4,5 ili güzəştli dövr təşkil edəcək. “Bu proqram mərkəzi bankın ehtiyatlarını gücləndirmək üçün istifadə olunacaq”, – prezident administrasiyasının bəyanatında deyilir.

İqtisadiyyat naziri həmçinin bildirib ki, iyunadək Argentina digər beynəlxalq təşkilatlardan daha 3,6 milyard dollar almağı planlaşdırır.

Oxşar xəbərlər

Beynəlxalq Valyuta Fondu Pakistana 7 milyard dollar ayırıb
Kiyevin BVF-yə borcu 10 milyard dolları keçib
BVF Şurası Ukraynaya 1,1 milyard dollar ayrılmasını təsdiqləyib
BVF Ukraynaya 1,1 milyard dollar məbləğində tranşı təsdiqləyib
G7 ilin sonuna qədər Ukraynaya 50 milyard dollar kredit ayırmağı planlaşdırır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər