"Expressbank" Aqrar Biznes Festivalında iştirak edib
"Expressbank" ASC Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Ağdaş şəhərində keçirilən Aqrar Biznes Festivalının rəsmi tərəfdaşı olub.
Aqrar sektorun maliyyə imkanlarını artırmaq, fermer və sahibkarları mövcud və yeni dəstək mexanizmləri barədə maarifləndirmək məqsədilə həyata keçirilən festival çərçivəsində “Dövlətin maliyyə mexanizmləri” mövzusunda panel müzakirə baş tutub. Paneldə "Expressbank"ın nümayəndəsi İnayət Qarayev fəal iştirak edərək festival iştirakçılarının suallarını ətraflı cavablandırıb.
Bununla yanaşı, Bank nümayəndələri aqrar sektorda fəaliyyət göstərən sahibkar və fermerlərlə birbaşa ünsiyyət quraraq, bankın təqdim etdiyi maliyyə alətləri, kredit imkanları və kənd təsərrüfatına yönəlik xüsusi məhsullar barədə ətraflı məlumat veriblər.
"Expressbank" bu cür panel sessiyalarının ölkənin müxtəlif iqtisadi bölgələrində davamlı olaraq təşkilini daim dəstəkləyir.
Bankın kənd təsərrüfatı subyektlərinin inkişafına dəstək üçün nəzərdə tutulan məhsulları ilə daha ətraflı tanış ola bilərsiniz.
Oxşar xəbərlər
Ağdaşda “Dövlətin maliyyə mexanizmləri” mövzusunda panel müzakirələr olacaq
Ağdaşda Aqrar Biznes Festivalı keçirilib
İmişlidə bu ilin ilk Aqrar Biznes Festivalı keçiriləcək
Ağalıda Aqrar Biznes Festivalı keçiriləcək
Azərbaycanda ötən il 33 rayonda Aqrar Biznes Festivalı keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Prezidentin köməkçisi: "İcra hakimiyyətləri qarşısında yeni vəzifələr müəyyən edilib"
-
Şəkidə "Səyyar Gənclər Xidməti" layihəsinin açılışı olub
-
Azercell və "Samsung"dan yeni kampaniya!
-
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
