IMF: AMB pul-kredit siyasətinin ötürülmə mexanizmini daha da gücləndirməlidir
"Azərbaybaycan Mərkəzi Bankı (AMB) pul-kredit siyasətinin ötürülmə mexanizmini daha da gücləndirməlidir".
"Sizinxeber.az-Economics" xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) proqnozunda bildirilib.
Qeyd edilib ki, 2022-ci ildə təqdim edilmiş yeni likvidlik idarəetmə alətləri, siyasət faiz dərəcəsinin banklararası faiz dərəcəsinə ötürülməsini yaxşılaşdırmağa kömək edib. Təminatsız banklararası bazarda aktivlik artıb, birgünlük təminatsız əməliyyatlar üzrə orta faiz dərəcəsi (1D AZIR) 2023-cü ilin noyabrından etibarən AMB-nin faiz dəhlizinin daxilində olub. AMB həmçinin pul-kredit siyasəti üzrə kommunikasiya sahəsində də irəliləyiş əldə edib, o cümlədən öz proqnozlarını dərc etməyə başlayıb. Səlahiyyətli orqanlar bu nailiyyətləri və pul siyasətinin ötürülmə mexanizmini daha da gücləndirməyə davam etməlidirlər: "Buna təminatlı bazarlarda banklararası əməliyyatların sadələşdirilməsi və pul siyasəti kommunikasiyasının səviyyəsinin artırılması da daxildir".
IMF vurğulayıb ki, bu addımlar pul-kredit siyasətinin effektivliyini artırmalı, milli valyutaya inamı gücləndirməli və orta müddətdə qarışıq inflyasiya hədəfləmə rejiminə keçid üçün zəmin yaratmalıdır. Eyni zamanda, hökumətin borc idarəetməsi əməliyyatları ilə AMB-nin likvidlik idarəetməsi arasında daha sıx koordinasiya da tələb olunur.
Oxşar xəbərlər
Mərkəzi Bank: Məcburi ehtiyat norması pul siyasətinin ötürücülüyünü artırıb
Mərkəzi Bank: İyul ayında banklararası bazarın həcmi 10 mlrd. manatı ötüb
Mərkəzi Bank növbəti il üçün pul siyasətinin əməliyyat hədəflərini və alətlərini açıqlayıb
AMB: Not emissiyası 46 %-ə yaxın azalıb
Taleh Kazımov: Ötən il təminatsız banklararası bazarın həcmi 101 mlrd. manatı ötüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Atalıq məzuniyyətinə çıxan kişilərə nə qədər pul veriləcək?
-
UNDP rəsmisi: "Dayanıqlı mənzil layihələrinə daha çox investisiya yönəldilməlidir"
-
Prezidentin xüsusi nümayəndəsi: Xankəndidə 24 minə yaxın əhali yaşayır
-
Keniyalı qonaq: "WUF13 Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün mühüm platformadır"
-
Azərbaycanda tekstil avadanlıqları sahəsində yeni dövlət standartları qəbul edilib
-
Aİ WUF13-də hər kəs üçün mənzil dəstəyi üzrə ilk Avropa planını təqdim edib
