Dövlət büdcəsinin rüblük gəlirləri proqnozu üstələyib
sizinxeber.az xəbər saytı

Dövlət büdcəsinin rüblük gəlirləri proqnozu üstələyib


2025-ci ilin I rübündə xəzinədarlıq orqanları tərəfindən 320 mindən çox ödəniş tapşırığı yerinə yetirilib və dövlət büdcəsinin gəlirləri artıqlaması ilə icra olunub.

"APA-Economics" xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən bildirilib. Belə ki, cari ilin yanvar-mart ayları üzrə dövlət büdcəsinin gəlirləri 9 733,4 milyon manat təşkil edib ki, bu da rüblük proqnozdan 171,4 milyon manat və ya 1,8 faiz çoxdur.

Gəlirlərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 4 380,6 milyon manat, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 1 430,5 milyon manat, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 10,4 milyon manat, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 136,7 milyon manat və sair daxilolmalar 154,9 milyon manat təşkil edib.

Dövlət Neft Fondundan transfert isə 3 620,3 milyon manat həcmində olub.

2025-ci ilin I rübü üzrə dövlət büdcəsinin xərcləri 8 280,0 milyon manat proqnoza qarşı 8 115,0 milyon manat, yəni 98,0 faiz icra edilib. Cari ilin yanvar-fevral aylarında dövlət büdcəsi xərclərinin artıqlaması ilə icra edilməsinə baxmayaraq, mart ayında iş günlərinin sayının az olması səbəbindən (13 iş günü) xərclər I rübün proqnozuna qarşı 2,0 faiz, yəni 165,0 milyon manat az yerinə yetirilib.

Başqa sözlə, bu ilin ilk rübündə dövlət büdcəsinin profisiti 1 618,4 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 97% çoxdur. 2024-cü ilin ilk rübündə büdcənin profisiti 821,7 milyon manat təşkil edib.

Oxşar xəbərlər

Dövlət büdcəsinin gəlir və xərclərinin icrası proqnozu üstələyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
DVX xətti ilə büdcəyə daxilolmalar artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
2024-cü il dövlət büdcəsinin gəlirlərinin icra vəziyyəti açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın dövlət büdcəsinin profisiti 5 %-dən çox artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dövlət Büdcəsinin 2025-ci il üzrə proqnozlaşdırılan gəlirləri və xərcləri açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər