Azərbaycan son 5 ildə özəlləşdirmədən 514 milyon manat gəlir götürüb
2020-2024-cü illərdə Azərbaycanda özəlləşdirmədən dövlət büdcəsinə 514,4 milyon manat vəsait daxil olub.
"Sizinxeber.az" bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, son 5 ildə özəlləşdirilmiş müəssisələrə 56,7 milyon manat investisiya yatırılıb.
Hesabat dövründə 52 açıq səhmdar cəmiyyətinin səhmləri, 1 237 kiçik müəssisə, obyekt və icarəyə verilmiş qeyri-yaşayış sahəsi, 2 043 nəqliyyat vasitəsi, 961 müəssisə və obyektin yerləşdiyi dövlət torpaq sahəsi özəlləşdirilib. 12 dövlət müəssisəsi və əmlak kompleksinin özəlləşdirilməsi investisiya müsabiqəsi vasitəsilə həyata keçirilib.
Fəaliyyətsiz və yaxud potensialından aşağı səviyyədə işləyən dövlət müəssisələrinin özəlləşdirilməsi, həmin müəssisələrə investorların cəlbi istiqamətində də işlər görülüb. Belə ki, "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin və "Aqrarkredit" QSC bank olmayan kredit təşkilatının (BOKT) tabeliyindəki müəssisələr, eləcə də Energetika Nazirliyinin alternativ enerji istehsalı obyektləri özəlləşdirilməyə açılıb. Həmçinin, ləğv edilmiş “Azərkontrakt” ASC-nin özəlləşdirilməsi məqsədəuyğun hesab olunan əmlakları müəyyən edilib.
Özəlləşdirməyə açıq olan müəssisə və obyektlərdə ilkin addım kimi inventarizasiya və təşkilati restrukturizasiya tədbirləri həyata keçirilib, onların təşkilati-hüquqi formaları qanunvericiliyə uyğun olaraq dəyişdirilib, nizamnamə kapitalı mövcud bazar dəyəri əsasında formalaşdırılması meyarı nəzərə alınmaqla və müstəqil qiymətləndiricinin iştirakı ilə dəqiqləşdirilib.
Uğurla özəlləşdirilən istehsal müəssisələri sırasında "Azərtütün" və "Bakı Ayaqqabı Fabriki" ASC-ləri, "Şəki Şərab", "Qərb Tekstil", "Sumqayıt Tekstil", “Bakı Alüminium Profil”, “Balaxanı Metal Konstruksiyaları”, "Bakı Mərmər Qranit" və “Bakı Beton Konstruksiyaları” MMC-lər yer tutur.
Oxşar xəbərlər
Azərbaycanda özəlləşdirmədən büdcəyə daxilolmalar 24 % artıb
Əmlak Məsələləri Dövlət Xidməti büdcəyə ödəmələri 39 % artırıb
Azərbaycanda daha bir əmlak kompleksi özəlləşdirilib
Azərbaycanda dövlət əmlakları ilə bağlı icarə müqavilərinin sayı 21 % artıb
Naxçıvanda keçirilən hərrac və müsabiqələrdə 107 əmlak satılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Atalıq məzuniyyətinə çıxan kişilərə nə qədər pul veriləcək?
-
ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
-
Lamiyə Əl Səud: Mənzil təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün başlanğıc nöqtədir
-
Dövlət Komitəsinin sədri: "İqtisadi canlanma azad olunmuş ərazilərin bərpasının vacib hissəsidir"
-
Keniyalı qonaq: "WUF13 Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün mühüm platformadır"
-
AK nümayəndəsi: Son onillikdə şəhərlərdə əhali sıxlığı ya artıb, ya da olduğu kimi qalıb
