Andrey Qnatov: Ukrayna Azərbaycanın HHM sisteminin gücləndirilməsinə dəstək verməyə hazırdır » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
15 
may
2026
12:30
ff aaaaaaa

Andrey Qnatov: Ukrayna Azərbaycanın HHM sisteminin gücləndirilməsinə dəstək verməyə hazırdır

15 may, 2026
12:30
912

Andrey Qnatov: Ukrayna Azərbaycanın HHM sisteminin gücləndirilməsinə dəstək verməyə hazırdır

Prezident Volodimir Zelenskinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri iki ölkə arasında tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi üçün atılan addım idi.

Bu sözləri "Report"un Şərqi Avropa bürosuna müsahibəsində nümayəndə heyətinin tərkibində Azərbaycanda səfərdə olan Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Andrey Qnatov bildirib.

Onun sözlərinə görə, bu səfər hər şeydən əvvəl iki ölkə arasında tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi üçün atılan addım idi: "Biz hər şeydən əvvəl ölkələrimiz arasında hər iki tərəf üçün qarşılıqlı faydalı olan normal strateji tərəfdaşlıqdan danışırıq. Ukrayna öz təcrübəsini təqdim etməyə və Hava Hücumundan Müdafiə sisteminin (HHM) təşkili və möhkəmləndirilməsində kömək etməyə hazırdır. Bu əməkdaşlığın elə aspektləri var ki, indi onları açıqlamayacağam. Bu iki dövlətin münasibətləridir".

Baş qəragah rəisi onu da deyib ki, bu əməkdaşlıq Azərbaycan Respublikasının müdafiəsini daha müasir etmək, bu gün yaranan çağırışlara hazır vəziyyətə gətirməyə yönəlib.

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul