BMT Kubaya neft tədarükü ilə bağlı danışıqlar aparır
sizinxeber.az xəbər saytı

BMT Kubaya neft tədarükü ilə bağlı danışıqlar aparır


BMT humanitar məqsədlərlə Kubaya neft tədarükü üzrə danışıqlar aparır.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə onlayn brifinqdə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin nümayəndəsi Edem Vosornu bildirib.

"Ölkə boyu humanitar yardımın çatdırılması məqsədilə yanacağın daxil olmasını təmin etmək üçün BMT tərəfindən söhbətlər və müzakirələr aparılır", - deyə o bildirib.

Vosornunun sözlərinə görə, kəskin yanacaq qıtlığı humanitar yardımın çatdırılmasını məhdudlaşdırır, halbuki ona ehtiyac sürətlə artır.

Kuba Prezidenti Miqel Lias-Kanel çərşənbə günü adada enerji böhranının "xalqı girov götürməyə və onu öz hökumətinə qarşı qaldırmağa" yönəlmiş Vaşinqton administrasiyası tərəfindən iqtisadi blokadanın sərtləşdirilməsi səbəbindən kəskinləşdiyini bəyan edib.

Oxşar xəbərlər

İsrail Qəzzaya humanitar yardımın hava yolu ilə çatdırılmasını bərpa edəcək
Tramp: ABŞ İrandan sonra Kubaya nəzər sala bilər
KİV: Tramp BMT-ni İsrailin Qəzzaya humanitar yardım çatdırılması planını dəstəkləməyə çağırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər