Qiymətləndiricilər Palatası nizamnaməsi və ilk büdcəsini qəbul edib
sizinxeber.az xəbər saytı

Qiymətləndiricilər Palatası nizamnaməsi və ilk büdcəsini qəbul edib


Bu gün keçirilən Qiymətləndiricilər Palatasının Ümumi Yığıncağında qurumun nizamnaməsi və büdcəsi qəbul olunub.

"Report" xəbər verir ki, palata “Qiymətləndirmə fəaliyyəti haqqında” qanunun icrası çərçivəsində yaradılıb və bu, qurumun ilk yığıncağı idi. Palatanın aylıq büdcəsi
30 min 677 manat səviyyəsində müəyyən olunub.

Tədbirdə qiymətləndirmə fəaliyyətinin hüquqi çərçivəsi və qanunvericilikdən irəli gələn vəzifələr, peşəkar qiymətləndiricilərin bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün proqramlar, beynəlxalq təcrübələrin və rəqəmsal həllərin qiymətləndirmə sahəsində tətbiqi, qiymətləndirmə sisteminin iqtisadi inkişafdakı rolu və gələcək prespektivlər kimi məsələlər müzakirə olunub.

Palata qiymətləndirmə xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə peşəkar kadrların inkişafı üçün təlim və sertifikasiya proqramlarının həyata keçirilməsini planlaşdırır.

Qeyd edək ki, bu yaxınlarda təsis edilmiş Qiymətləndiricilər Palatasının sədri əmlak məsələləri üzrə tanınmış ekspert Nüsrət İbrahimovdur.

Oxşar xəbərlər

Vüqar Oruc: “Vətəndaş qiymətləndirmədən narazı olsa, Palataya müraciət edə biləcək”
Nüsrət İbrahimov: "Qiymətləndiricilər Palatası dövriyyədən kənarda qalan böyük kütlənin bazara cəlb edilməsini planlaşdırır"
Azərbaycanda qiymətləndiricilərin ixtisas imtahanı keçirilib
Azərbaycanda qiymətləndiricilər üçün keçiriləcək ixtisas imtahanının vaxtı açıqlanıb
Hesablama Palatasının "İqlim Skaneri" üzrə apardığı qiymətləndirmə yekunlaşıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər