Fatih Çoşkun: "Maliyyə cinayətkarlığının aşkarlanması üçün yeni texnologiyaların tətbiqinə ehtiyac var"
sizinxeber.az xəbər saytı

Fatih Çoşkun: "Maliyyə cinayətkarlığının aşkarlanması üçün yeni texnologiyaların tətbiqinə ehtiyac var"


Son 4 ildə çirkli pulların yuyulmasına qarşı tətbiq edilən cərimələrin (AML cəzalarının) həcmi 5 dəfə artıb.

“Report” xəbər verir ki, bunu Türkiyənin "Sanction Scanner" şirkətinin baş icraçı direktoru Fatih Çoşkun VIII Beynəlxalq Bankçılıq Forumunda çıxışı zamanı bildirib.

“Bu artım maliyyə cinayətkarlığının nə qədər geniş miqyasda olduğunu bir daha göstərir”, - F. Çoşkun qeyd edib.

Bununla yanaşı, o əlavə edib ki, maliyyə cinayətkarlığının aşkarlanması üçün istifadə olunan mövcud sistemlər köhnəlib və əsasən 15-20 il əvvəlki texnologiyalara əsaslanır: "Bu sistemlər potensial problemlərin yalnız 1-3 %-ni aşkarlamaq gücündədir”.

Şirkətin rəhbəri, bu səbəbdən yeni texnologiyaların tətbiq edilməsinin və effektiv nəzarət sistemlərinin yaradılmasının zəruriliyini vurğulayıb.

Onun sözlərinə görə, hər il maliyyə cinayətləri vasitəsilə qlobal maliyyə sisteminə 3 trilyon ABŞ dolları həcmində qanunsuz vəsait daxil olur: "Bu, ciddi itkilərə və maliyyə sistemindəki etibarlılığın sarsılmasına səbəb olur".

Oxşar xəbərlər

Aİ Şurası və Avroparlament çirkli pulların yuyulmasına qarşı mübarizə paketi üzrə qismən razılıq əldə edib
Fatih Birol: "Enerji səmərəliliyinin 2 dəfə artırılması ilə bağlı məyusluq yaşayırıq"
MDM və investisiya şirkətləri çirkli pulların yuyulmasına qarşı birgə fəaliyyət göstərəcək
Məmməd Musayev: "Alternativ maliyyə alətlərinin geniş tətbiqinə ehtiyac var"
ABŞ SEPAH və husilərə qarşı yeni sanksiyalar tətbiq etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər