Fatih Birol: "Enerji səmərəliliyinin 2 dəfə artırılması ilə bağlı məyusluq yaşayırıq"
İqlim dəyişikliyi ilə mübarizədə maliyyə vəsaiti şərtdir.
"Sizinxeber.az" xəbər verir ki, bunu Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birol BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən "Nazirlər səviyyəsində dialoq: Bərpa olunan enerjidən istifadənin üç dəfə və enerji səmərəliliyinin iki dəfə artırılması üçün investisiyaların genişləndirilməsi" adlı tədbirdə deyib.
O bildirib ki, enerji səmərəliliyinin iki dəfə artırılması və bərpa olunan enerjidən istifadənin üç dəfə artırılması məqsədlərinə dair əldə edilən nəticələr pis və yaxşıdır: "Məyus olduğumuz nəticələr enerji səmərəliliyindədir. Keçən il biz qlobal enerji səmərəliliyinin illik artım tempini 2 %-dən 4%-ə yüksəldilməsi barədə razılaşdıq. Bununla belə, builki rəqəmlərə nəzər saldıqda qlobal enerji səmərəliliyinin artımı cəmi 1 % təşkil edir ki, bu da 10 il əvvəlki göstəricinin yarısıdır”.
O qeyd edib ki, bu il də enerji səmərəliliyinin iki dəfə artırılması mümkün görünmür.
Oxşar xəbərlər
Fatih Birol: "III yüksək səviyyəli dialoq çərçivəsində IEA-nın məlumatları müzakirə ediləcək"
Abdulla Balalaa: “BƏƏ enerji istehlakında səmərəliliyi 45 %-ə qədər artıracaq”
Levan Davitaşvili: “Qara dəniz sualtı kabeli layihəsinin texniki-iqtisadi əsaslandırması hazırdır”
IRENA Bakıda Pre-COP çərçivəsində rəsmi hesabat təqdim edəcək
Aİ komissarı alternativ enerji məqsədlərinə birgə nail olmaq üçün hədəfləri açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
