“Boston Consulting Group": Bakı iqtisadi imkanlar və yaşayış keyfiyyəti üzrə müsbət göstəricilər nümayiş etdirib
Şəhərlərin inkişaf göstəricilərinə dair təqdimat zamanı paytaxt Bakı bir sıra mühüm indikatorlar üzrə müsbət nəticələr nümayiş etdirib.
Sizinxeber.az xəbər verir ki, bunu Bakıdakı Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Dəyişiklik üçün tikilib: Şəhərlər gələcək uğrunda necə rəqabət aparır?" mövzusunda müzakirə zamanı “Boston Consulting Group" qlobal konsaltinq şirkətinin nümayəndəsi Yekaterina Şapoçka deyib.
O bildirib ki, şəhərlərin inkişaf səviyyəsi dəyişimin sürəti, iqtisadi imkanlar, yaşayış üçün əlverişlilik və sosial göstəricilər əsasında qiymətləndirilib:
“Bakı dəyişimin ümumi sürət göstəricisi üzrə yüksək nəticə əldə edərək dördüncü kvintildə qərarlaşıb. Təqdimatçılar bunu şəhərdə həyata keçirilən transformasiya və inkişaf proseslərinin göstəricisi kimi qiymətləndiriblər.
Qeyd olunub ki, yaşayış üçün əlverişlilik istiqamətində də Bakı yüksək nəticələr göstərərək ən yüksək kvintilə yaxın mövqe tutub. Bu isə şəhərin infrastruktur və yaşayış şəraitinin inkişaf səviyyəsini əks etdirir.
Təqdimat zamanı gəlir-bərabərlik paradoksuna da diqqət çəkilib. Bildirilib ki, ABŞ şəhərlərində gəlir səviyyəsi daha yüksək olsa da, gəlir bərabərsizliyi də daha yüksəkdir. Avropa şəhərlərində isə gəlirlər nisbətən aşağı olsa da, gəlirlərin bölgüsü daha balanslı xarakter daşıyır.
Oxşar xəbərlər
Asiya İnkişaf Bankı: Şəhərlərdə kiçik yaşıl məkanların yaradılmasına çalışmalıyıq
WUF13-də “ADY-nin şəhərlərin inkişafı və urbanizasiyada rolu” mövzusunda infosessiya keçiriləcək
Çinli nazir: Şəhərlərin gələcəyi dünya ölkələrinin birgə səylərindən asılıdır
Guy Ryder: Qarşıdakı 10 il Yeni Şəhər Gündəliyinin icrası baxımından həlledici olacaq
WUF13 çərçivəsində TDT-nin şəhərsalma üzrə yüksəksəviyyəli dialoqu təşkil ediləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Az pensiya alanlara ŞAD XƏBƏR: Yeni güzəşt nə ola bilər? — İQTİSADÇI AÇIQLADI
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Türkiyə Sudanın suverenliyini dəstəkləyir - YENİLƏNİB
-
ABŞ Oman körfəzində İrana məxsus tankerdə axtarış aparıb
