Məmməd Musayev: "Alternativ maliyyə alətlərinin geniş tətbiqinə ehtiyac var"
Azərbaycanda faktorinq kimi alternativ maliyyə alətlərinin geniş tətbiqinə ehtiyac var.
"Sizinxeber.az" xəbər verir ki, bunu Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası prezidenti Məmməd Musayev Bakıda keçirilən "Dayanıqlı Mikromaliyyə üçün İnnovativ Həllər" mövzusunda Azərbaycan Mikromaliyyə Konfransında bildirib.
"Bu, xüsusilə kiçik və orta müəssisələr üçün maliyyə resurslarına çıxışı asanlaşdıra, maliyyə imkanlarını optimallaşdıra bilər", - deyə o qeyd edib.
Bundan başqa, M.Musayev bildirib ki, dünya "yaşıl iqtisadiyyat"a keçid dövrünə qədəm qoyub: "Bunun üçün kiçik və orta sahibkarlığın dəstəklənməsi, onlara münasibətdə stimullaşdırıcı yanaşmanın tətbiqi müzakirə edilir".
"Yaşıl maliyyə"nin tətbiqi, yalnız ekoloji mühitin qorunması ilə bağlı deyil, eyni zamanda iqtisadi artım və sosial rifahın artırılması üçün də mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda bu sahədə irəliləyiş, beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlıq və innovativ yanaşmaların tətbiqi ilə mümkündür", - deyə Konfederasiya prezidenti vurğulayıb.
Oxşar xəbərlər
Məmməd Musayev: Son 50 ildə dünyada yoxsulluq, işsizlik və ərzaq təhlükəsizliyi ön plana keçib
Orxan Məmmədov: "Azərbaycanda mikrokreditlərin faizləri yüksəkdir"
Bakıda ənənəvi Azərbaycan Mikromaliyyə Konfransı keçirilir
KOBİA: Orta və kiçik sahibkarlara verilən kreditlər azalıb
Nazir: "Azərbaycanda "yaşıl maliyyə"nin genişləndirilməsi üçün innovativ həllər tətbiq olunmalıdır"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












