AMB-nin rəhbər şəxslərinin adından saxta sənədlərlə istehlakçılar aldadılıb
Azərbaycan Mərkəzi Bank (AMB) tərəfindən aparılan müşahidələrə və daxil olan müraciətlərə əsasən Bankın rəhbər şəxslərinin adından hazırlanmış saxta sənəd və lisenziyalardan istifadə edilməklə maliyyə xidmətləri istehlakçılarına həqiqətə uyğun olmayan məlumatların verilməsi hallarının yer aldığı müəyyən olunub.
Bu barədə “APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Qeyd edilib ki, Mərkəzi Bank tərəfindən müvafiq maliyyə xidmətlərinin göstərilməsi üçün təqdim olunmuş lisenziyalara dair məlumatlar Bankın rəsmi internet səhifəsində (www.cbar.az ) Bazar iştirakçıları bölməsinin aidiyyəti üzrə yarımbölmələrində əks olunub və davamlı olaraq yenilənir. Bu kimi hallarla rastlaşdıqda Mərkəzi Bankın rəsmi internet səhifəsindən əsas istinad və məlumat mənbəyi kimi istifadə edilməsi tövsiyə olunur. Əlavə suallarla bağlı Mərkəzi Bankın Qaynar xəttinə (966) müraciət oluna bilər.
Oxşar xəbərlər
AMB qanunsuz işləyən ödəniş və elektron pul təşkilatlarına xəbərdarlıq edib
Mərkəzi Bank: Vaxtı keçmiş kreditlərin həcmində yaranan fərq hesablama ilə bağlıdır
AMB qanunsuz fəaliyyət göstərən ödəniş bazarı iştirakçılarına xəbərdarlıq edib
Mərkəzi Bank “Yaşıl maliyyə” mövzusunda təlim keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ İrana zərbələr endirməyə başlayıb
-
DSMF: 5 ayda 4,3 milyard manat pensiya, müavinət, təqaüd və ünvanlı yardım ödənilib
-
ABŞ İranın bir sıra ərazilərinə zərbələr endirib
-
Mehr: İran Milli Ordusu və SEPAH yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib
-
Çövkən üzrə II dünya çempionatında Nigeriya millisi Türkiyəni məğlub edib
-
Araz çayında batan məktəblinin meyiti tapılıb
