Mərkəzi Bank “Yaşıl maliyyə” mövzusunda təlim keçirib
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün maliyyə və mərkəzi bankçılıq sahəsində məlumatlılığın artırılmasını hədəfləyən təlimlərin təşkil olunması davam etdirilir. Bu istiqamətdə növbəti təşəbbüs Quba şəhərində “Yaşıl maliyyə” mövzusunda təlimin keçirilməsi olub.
"Sizinxeber.az-Economics" xəbər verir ki, 20-yə yaxın media nümayəndəsinin iştirakı ilə baş tutan təlimdə yaşıl maliyyə alətləri və infrastrukturu, dayanıqlılıq prinsipləri və bu sahədə beynəlxalq təcrübələr üzrə məlumatlar əhatə olunub. Təlim çərçivəsində Mərkəzi Bankın dayanıqlı maliyyə sahəsindəki strateji prioritetləri və təşəbbüsləri də diqqətə çatdırılıb. Təlim sual-cavab sessiyası ilə tamamlanıb.
Daha sonra media nümayəndələrinin Mərkəzi Bankın Quba Regional Mərkəzinə və Quba Soyqırımı Memorial Kompleksinə ziyarəti təşkil olunub.
Oxşar xəbərlər
Kapital Bank beynəlxalq maliyyə institutları ilə əlaqələrini genişləndirir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
