Kamçatka sahillərində bir neçə saat ərzində 30-a yaxın zəlzələ baş verib
sizinxeber.az xəbər saytı

Kamçatka sahillərində bir neçə saat ərzində 30-a yaxın zəlzələ baş verib


Bu gün səhər saatlarından Kamçatka sahillərində 6 maqnitudalı zəlzələ baş verib.

"Report" xəbər verir ki, bu barədə "İnterfaks" Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialına istinadən məlumat yayıb.

Bildirilib ki, bundan sonra həmin ərazidə daha 30-a yaxın seysmik hadisə qeydə alınıb.

"Kamçatka vaxtı ilə saat 5:23-də Sakit okeanda, Petropavlovsk-Kamçatskidən 190 km cənub-şərqdə, dəniz dibindən 41 km dərinlikdə 6 maqnitudalı zəlzələ qeydə alınıb. Bundan sonrakı bir neçə saat ərzində həmin ərazidə silsilə zəlzələlər - 30-a yaxın zəlzələ baş verib", - xidmətin filialının nümayəndəsi bildirib.

Son sutka ərzində region ərazisində zəlzələlərdən yalnız biri (ən güclüsü) hiss olunub. Yaşayış məntəqələrinin sakinləri üç bala qədər maqnitudada yeraltı təkan hiss ediblər.

Sunami təhlükəsi elan edilməyib.

Oxşar xəbərlər

Kamçatka sahillərində zəlzələ olub
Kamçatkada 5,6 maqnitudalı zəlzələ olub
Kamçatkada yarım saat ərzində ardıcıl dörd zəlzələ olub
Kamçatka sahillərində 6,8 maqnitudalı zəlzələ baş verib
Kamçatkada ardıcıl üç zəlzələ olub, sunami xəbərdarlığı edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər