Vüqar Gülməmmədov: "İqlim maliyyəsi" və "yaşıl büdcə"yə dair yaxşı təcrübələrin sayı azdır"
"İqlim maliyyəsi", "yaşıl büdcə" və bu kimi anlayışlar dövlət maliyyəsinin idarə edilməsi sahəsində populyarlaşsa da, hələ də bu sahədə yaxşı təcrübə kimi qeyd edilə biləcək nümunələrin sayı azdır.
"Report" xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Ali Audit Qurumlarının Avropa Təşkilatının (EUROSAI) Ətraf Mühitin Auditi üzrə İşçi Qrupunun (WGEA) Bakıda keçirilən illik toplantısında bildirib.
Bundan başqa, o deyib ki, Azərbaycanın şirin su ehtiyatlarının 75 %-i kənarda formalaşan transsərhəd sulardır: "Quraqlıq və qonşu ölkələrin həmin sularda istifadə etməsi transsərhəd çayların Azərbaycan ərazisinə çatana qədər ehtiyatlarının azalmasına səbəb olur. Eyni zamanda, çayların Azərbaycan ərazisinə çatana qədər müvafiq normalardan artıq çirklənməsi ətraf mühitə daha böyük mənfi təsirlərlə yanaşı, həmin suların məişətdə və təsərrüfat məqsədləri üçün istifadə edilməsinə uyğunlaşdırılması əlavə vaxt və resurslar tələb edir. Ətraf mühit, o cümlədən iqlim fəaliyyəti sahəsində strateji idarəetmə çərçivəsinin olması və dövlət maliyyə idarəetməsi (PFM) sisteminin iqlim problemini nəzərə alması çox vacibdir. İqlim fəaliyyəti ilə bağlı məlumatların çeşidli, vaxtında təqdim olunması zəruri məsələdir".
Oxşar xəbərlər
Bakıda EUROSAI-nin Ətraf Mühitin Auditi üzrə İşçi Qrupunun illik toplantısı keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda auditin inkişafına mane olan amillər açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Vüqar Kərimov: Azərbaycan çox yüksək su stressi kateqoriyasında qalmağa davam edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Transsərhəd suların idarəçiliyi üçün komissiya yaradılması təklif edilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hesablama Palatası şəffaflığı və ictimai iştirakçılığı artırır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"
-
Prezident İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib












