Transsərhəd suların idarəçiliyi üçün komissiya yaradılması təklif edilir
sizinxeber.az xəbər saytı

Transsərhəd suların idarəçiliyi üçün komissiya yaradılması təklif edilir


Transsərhəd suların idarəçiliyi üçün Kür hövzəsində komissiyanın yaradılması çox böyük addım olar.

"Sizinxeber.az" xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə məxsus Su və Meliorasiya Elmi Tədqiqat İnstitutunun Hidroloji tədqiqatlar şöbəsinin müdiri Rəşail İsmayılov Bakıda keçirilən Xəzər Su İnnovasiya Forumunda bildirib.

O vurğulayıb ki, Azərbaycan su təchizatı baxımından çox əziyyət çəkən ölkədir.

"Tanssərhəd suların əsas 2 elementi var. Bunlar yeraltı və yerüstü su ehtiyatlarıdır. Dünyada yerüstü sərhəd sularının transsərhəd səviyyədə effektiv idarə olunması ilə bağlı kifayət qədər təcrübə var. Sevindirici haldır ki, beynəlxalq su siyasətində bir sıra mühüm addımlar atılıb və razılaşmalar var", - deyə o qeyd edib.

Bundan başqa, R. İsmayılovun sözlərinə görə, Azərbaycanda su sektorunda müxtəlif qurumların fəaliyyəti pərakəndəliyə gətirib çıxarıb: "Su idarəçiliyi sahəsində lokal səviyyədə ən uğurlu addımlardan biri vahid su siyasəti aparılması, bütün su qurumlarının birləşdirilməsidir: Yeni yaradılan Agentliyin qarşısında çox böyük strategiya var. Ölkədə su ehtiyatlarının kompleks şəkildə effektiv idarə olunması üçün çox böyük addımlar atılacaq. Mənbədən suyun götürülərək istehlakçıya təhlükəsiz çatdırılması, hidrotexniki qurğuların təhlükəsizliyi, su mənbələrinin monitorinqi birbaşa bu qurumun səlahiyyəti altındadır".

Oxşar xəbərlər

Dünya Bankı: Su sektorunda vacib məsələlərdən biri suyun böyük hissəsinin gəlir gətirməməsidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Səfir: “Azərbaycan su idarəçiliyi sahəsində yeni mərhələyə daxil olub” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dünya Bankı: Azərbaycanda su və kanalizasiya sektorunda institusional islahatlara ehtiyac var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakı metrosu yeraltı sulardan texniki su kimi istifadə ilə bağlı yeni layihələr həyata keçirəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda "Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya" təsdiqlənəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər