Bank of Baku-nun əməkdaşları Xəzərin sahillərini tullantılardan təmizləyib
“Təbiətə Yaxın Bankçılıq” şüarı ilə təbiətə və onun qorunmasına töhfə verən Bank of Baku Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə Xəzər sahillərinin tullantılardan təmizlənməsi aksiyasını həyata keçirib.
Xəzərin Bilgəh sahilində Bank of Baku-nun əməkdaşları və ekokönüllülərin iştirak etdiyi layihədə 500 kq-dan çox plastik və digər məişət tullantıları toplanıb.
Layihənin həyata keçirilməsində əsas məqsəd Xəzərin sahil ərazilərini tullantılardan təmizləmək, ekoloji vəziyyətin yaxşılaşdırılmasına çalışmaqdır.
Bank eyni zamanda COP29 ərəfəsində “Yaşıl dünya naminə həmrəy olaq” şüarını əsas götürərək ekoloji yönümlü layihələrin icrasını davam etdirməyi planlaşdırır.
30 ildir fəaliyyət göstərən “Bank of Baku” ümumilikdə 20 filial şəbəkəsi ilə 1 milyondan çox müştəriyə pərakəndə, kiçik və orta sahibkarlıq, eləcə də korporativ bankçılıq istiqamətlərində bank xidmətləri təklif edir.
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Prezidentin köməkçisi: "İcra hakimiyyətləri qarşısında yeni vəzifələr müəyyən edilib"
-
Şəkidə "Səyyar Gənclər Xidməti" layihəsinin açılışı olub
-
Azercell və "Samsung"dan yeni kampaniya!
-
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
