"Fitch Solutions" Azərbaycanda iqtisadi artımla bağlı gözləntilərini açıqlayıb
"Fitch Group"a aid olan "Fitch Solutions” (FS) şirkəti 2024 və 2025-ci illər üzrə Azərbaycanda real ÜDM-in artım proqnozunu ötən rüblə müqayisədə dəyişməz saxlayıb.
"APA-Economics" xəbər verir ki, FS Azərbaycanın iqtisadi artım proqnozunu yenidən 2024-cü il üzrə 2,6% və 2025-ci il üzrə isə 2,8% müəyyən edib.
Qeyd edilib ki, ölkənin əsas sənayesi karbohidrogenlə bağlıdır. Ona görə də iqtisadi artım proqnozu ilə bağlı risklər müəyyən edilərkən qlobal karbohidrogen qiymətləri əsas götürülür: "2024-cü ilin ilk beş ayında Azərbaycan iqtisadiyyatı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,2% artıb. Bu artımı bir tərəfdən qlobal enerji qiymətlərinin yüksəlməsi, digər tərəfdən isə inflyasiyanın yavaşlaması ilə əlaqələndirə bilərik. Yaxın Şərqdəki gərginlik təbii qaza tələbin güclü qaldığı bir vaxtda xam neft qiymətlərinə yüksələn təzyiq göstərib. Əsas karbohidrogen istehsalçısı və ixracatçısı kimi bu dinamika Azərbaycan iqtisadiyyatına müsbət təsir göstərəcək".
Bununla belə, "Fitch Solutions” bildirib ki, hökumətin apardığı diversifikasiya səylərinə baxmayaraq, ölkə böyümə üçün enerji sektorundan ciddi şəkildə asılıdır: "Karbohidrogen istehsalı 2016-cı ildən 2023-cü ilə qədər ÜDM-in 45,9%-ni və ümumi ixrac gəlirlərinin 92%-ni təşkil edib".
Oxşar xəbərlər
Fitch Solutions: AÇG-də neft hasilatının artırılması və artan enerji qiymətləri Azərbaycan büdcəsini dolduracaq
ING Azərbaycan üzrə inflyasiya proqnozunu artırıb
ING bu il üzrə Azərbaycanda iqtisadi artım proqnozunu yüksəldib
"Fitch Solutions” gələn il üçün neftin qiyməti üzrə proqnozunu azaldıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
İran Livanda atəşkəs olmadan danışıqların növbəti mərhələsinə keçməyəcəyini bildirib
