Dünya Bankı Azərbaycanın və regionun iqtisadi artım proqnozunu yaxşılaşdırıb
sizinxeber.az xəbər saytı

Dünya Bankı Azərbaycanın və regionun iqtisadi artım proqnozunu yaxşılaşdırıb


Dünya Bankı 2026 və 2027-ci illər üçün Azərbaycan üzrə iqtisadi artım proqnozlarını yaxşılaşdırıb.

"Sizinxeber.az-Economics" xəbər verir ki, bu barədə Bankın qlobal iqtisadiyyatla bağlı hesabatında bildirilib.

Dünya Bankının yenilənmiş proqnozuna görə, Azərbaycanın real ÜDM-i 2026-cı ildə 2 faiz, 2027 və 2028-ci illərdə isə 1,8 faiz artacaq.

Başqa sözlə, Bank yanvar proqnozu ilə müqayisədə 2026-cı il üçün proqnozunu 0,2 faiz bəndi, 2027-ci il üçün isə 0,1 faiz bəndi artırıb.

Dünya ümumilikdə Cənubi Qafqaz ölkələri üzrə isə iqtisadi artım proqnozunu 2026-2027-ci illər üzrə 3,4%, 2028-ci ildə isə 3,2% proqnozlaşdırıb. Əvvəlki proqnoza nisbətən Bank 2026-cı il üzrə proqnozunu 0,1% bəndi, 2027-ci il üzrə 0,3% bəndi yaxşılaşdırıb.

Oxşar xəbərlər

Dünya Bankı Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb
BVF Azərbaycanda CƏB-in profisiti ilə bağlı proqnozunu kəskin artırıb
Dünya Bankı Azərbaycanın iqtisadi artım proqnozunu yaxşılaşdırıb
BVF Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib
BVF Azərbaycanın inflyasiya proqnozunu açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər